Daha 5 rayonumuz ləğv edilsin – Deputatdan təklif

Azərbaycanda ciddi inzibati islahatlara ehtiyac var. Ölkə başçısının məsələ ilə bağlı müvafiq göstərişləri artıq icra edilməkdədir. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi bunun ən gözəl nümunəsi ola bilər. Analoji halın digər rayonlar üçün də tətbiq edilməsi mümkündür.
Bunu Axar.az-a millət vəkili Vahid Əhmədov Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv ediləcəyi barədə məlumatı şərh edərkən deyib.
Deputat bildirib ki, kiçik rayonlar ləğv edilərək 11 iqtisadi rayon yaradılmalıdır:
“Bu məsələni əvvəllər də dilə gətirmişəm. Azərbaycanda bu qədər çox rayonun olmasını doğru saymıram. Məsələ ondadır ki, Azərbaycanda 11 iqtisadi rayon var. Bu reallığı nəzərə alaraq, əyalət formasında 11 iqtisadi rayon yaratmaq olar. Çünki bu qədər rayon üçün icra başçısı və hərəsinin ayrıca icra aparatı olması dövlət üçün əlavə yük deməkdir. Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər.
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsinə gəldikdə isə deyə bilərəm ki, bunun xüsusi bir səbəbi yoxdur. Adı çəkilən bu iki rayon onsuz da Gəncənin tərkib hissəsi idi”.
Deputatın fikrincə, icra hakimiyyətlərinin gördüyü bütün işləri bələdiyyələr də rahatlıqla görə bilər:
“Düşünürəm ki, hazırda biz bələdiyyə institutlaşmasına daha çox fikir verməliyik. Hazırda bələdiyyələrin statusunu, onların səlahiyyətlərini artırmaq daha vacibdir. Bu, reallaşarsa, bələdiyyələr daha yaxşı fəaliyyət göstərəcək.
11 iqtisadi rayon yaradılmalıdır və rəhbər təyin edilməlidir. Yerdə qalan bütün səlahiyyətlər yerli bələdiyyələrə verilməlidir. Biz bu istiqamətdə Türkiyəni örnək ala bilərik. Türkiyədə qeyd etdiyim üsul sınanıb, uzun illərdir tətbiq edilir. Bizdə də uğurlu olacağına şübhəm yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2020, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-09-2020, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?