Sakinlər icra başçısına müraciət etdi - Gəncədə NARAZILIQ...

Bir qrup Gəncə sakini şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edib.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, sakinlər müraciətdə bəstəkar Qəmbər Hüseynlinin məzarına diqqət çəkiblər.
Artıq bir neçə gündür ki, Xan Bağının qarşısında Azərbaycanımızın dahi bəstəkarı Qəmbər Hüseyinlinin məzarı və qəbirüstü abidəsi yerləşən ərazi hasara alınıb.
Əfsuslar olsun ki, şəhər sakinlərinə və ictimaiyyətə sözügedən ərazidə hansı işlərin aparılacağına dair heç bir rəsmi məlumat verilməyib.
Görünür elə bu səbəbdəndir ki, şəhərdə bir çox xoşa gəlməyən məlumatlar və şaiyələr dolaşmaqdadır”, - deyə müarciətdə bildirilir.
Sakinlər bildirir ki, yayılan məlumatlara görə, bəstəkarın qəbrinin sökülməsi və nəşinin başqa yerə köçürülməsi, yerində isə çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulur:
“Bu kimi xəbərlər bir çox şəhər sakinində olduğu kimi bizdə də hiddət və qəzəb doğuraraq ciddi narahatlıq yaratmışdır.
İnanmaq istəmirik ki, bu həssas dönəmdə sizin kimi ziyalı bir insan mənəvi və dini dəyərlərimizə tamamilə zidd olan, milli musiqi tariximizə və mədəniyyətimizə açıq həqarət sayıla biləcəq bu kimi düşüncəsiz bir qərarın qəbul edilməsinə razılıq verəsiniz.
Bu yanlış addım indiyədək etdiyiniz bir çox müsbət işlərin üstündən xətt çəkər və şəhər sakinləri arasında ciddi narazılıq yaradar.
Hörmətli Niyazi müəllim, xahiş edirik yayılan məlumatların həqiqətə uyğun olub-olmadığı haqda şəhər sakinlərinin rəsmi şəkildə məlumatlandırması haqda göstəriş verəsiniz.
Əlavə olaraq bu məktubu imzalayanların 2 nəfər nümayəndəsini mümkün olduğu qədər tez bir zamanda qəbul etməyinizi də sizdən xahiş edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2020, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2020, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:02
Bu gün, 11:55
Bu gün, 11:53
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB