İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə 2 həftəlik sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?
Deputat Nəsib Məhəməliyev vətəndaşlarımızı təşvişə düşməməyə səsləyiblər: "Ancaq günü-gündən artan yeni yoluxma halları vəziyyətin xoşagələn olmadığına dəlalət edir. İki aylıq karantin rejimi yumşaldıldıqdan sonra insanlar heç nə olmamış kimi küçələrə axışdılar. Əhalinin kütləvi toplaşdığı əyləncə və ticarət mərkəzlərində, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədən, sosial məsafə gözlənilmədən davrandılar. Bu gün də bir çox insana hələ çatmır ki, qətiyyən belə olmaz. Düşünürəm ki, televiziya və yazılı mətbuat vasitəsilə daha ciddi təbliğatın aparılmasına zərurət var. Əgər iki həftə ərzində kəskin azalma baş verməyəcəksə, karantin rejiminin uzadılması ilə yanaşı, daha da sərtləşdirilməsi gözləniləndir". //Sonxəbər//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2020, 11:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2020, 11:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:34
Dünən, 08:26
Dünən, 08:25
Dünən, 08:20
31-08-2025, 14:13
31-08-2025, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib