Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ - "Xəstəxananı bazar kimi idarə edir"

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında uzun müddətdir yaşanan gərginlik artıq məhkəmə müstəvisində davam edir. Durum elə həddə
gəlib ki, baş həkimlə tabeliyində çalışan həkim məhkəmə müstəvisində çəkişir.regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, 36-yaşlı həkim-narkoloq Bəhruz Kazımzadə deyir ki, xəstəxananın baş həkimi Vüqar Əliyev qayda-qanun saymır, ürəyi necə istəyirsə, o cür də hərəkət edir.
Onun sözlərinə görə, özbaşınalıqlara susmadığına görə aralarındakı mübahisələrin birində hətta baş həkim onu vurub. O da polisə şikayət edib: "Komissiya üzvlərinin yanında mənə əl qaldırdığına görə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə məsuliyyətə cəlb olundu. Sözün düzünü deyirəm deyə, məni nüfuzdan salmaq üçün söz-söhbət yayır ki, guya spirtli içki aludəçisiyəm. Halbuki, mən spirtli içki içmirəm".
B.Kazımzadə bildirib ki, mübahisələrdən biri də həkimlərin maaşından tutmalara görə olub. 270 manat maaş aldığını söyləyən həkimin sözlərinə görə, bunun da 30 manatı tutulurdu.
O, baş həkimdən Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Dövlət Təhlükəsizliyi Xidməti və başqa orqanlara da şikayət məktubları göndərib. İddia edib ki, V.Əliyev tabeliyində çalışan və onun qanunsuz əmrlərinə tabe olmayanların normal fəaliyyətinə imkan vermir: "Baş həkim olduğu halda, özü növbəyə qalıb, gecələr polislərlə reydlərə çıxır. Saxta sənədlərlə diplom alan baş feldşerə həkim kimi şərait yaradır. Komissiyanın iştirakı olmadan istənilən rəyi yazıb verirlər. Komissiya üzvlərinin əvəzinə özləri imza atırlar. Xəstəxananı bazar kimi idarə edir".
B.Kazımzadə komissiya təşkil edilməsini, şikayətlərində göstərdiyi faktların araşdırılmasını tələb edir.
Baş həkimdən narazı olan B.Kazımzadə də məhkəmədə qarşılıqlı iddia qaldırıb. V.Əliyevin onun spirtli içki aludəçisi olması, işindəki nöqsanlara görə töhmət alması barədə söylədiklərinin yalan olduğunu vurğulayaraq, buna görə təkzib verməsini, 10 min manat da kompensasiya ödəməsini tələb edib.
Lənkəran Rayon Məhkəməsi B.Kazımzadənin iddiasını rədd edib. Baş həkimin iddia tələbi isə qismən təmin olunub. Məhkəmə qərar verib ki, həkim Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Prezident Administrasiyası və başqa orqanlara əvvəlki şikayətlərinə görə təkzib məktubu göndərsin. Bundan əlavə, baş həkimə mənəvi ziyana görə 500 manat kompensasiya, məhkəmənin ekspertiza xərclərinə görə də 200 manat ödəsin.
B.Kazımzadə bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Amma mayın 18-də şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişməyib. Lənkəran Rayon Məhkəməsinin qərarı olduğu kimi qüvvədə saxlanılıb.
Şikayətçi həkim bundan sonra Ali Məhkəməyə üz tutmaq niyyətindədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2020, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2020, 10:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II