"Heç olmasa, şəhid oğlumun adını daşıyan məktəbdə xadimə kimi çalışsa, ailəyə yardımı olar..." - GİLEY
Göyçay rayon sakini, şəhid Elman Əzizovun anası Nübar Əzizova Cebhe.info-ya müraciət edərək problemlərinin həlli üçün kömək istəyib.
Ana xeyli müddətdir ki, oğlunun adını daşıyan Çərəkə kənd 2 nömrəli orta məktəbdə gəlini Tükəzban Əzizovanın işlə təmin olunması üçün məktəb rəhbərliyinə və rayon Təhsil Şöbəsinə müraciət edib.
Ananın sözlərinə görə, oğlu Elman Əzizov illər öncə könüllü olaraq vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulub. Elman Əzizov 1992-ci ildə Xocavənddə qəhrəmancasına şəhid olub. Şəhidin adı oxuduğu Göyçay rayonu Çərəkə kənd 2 nömrəli orta məktəbinə verilib.
Ana bildirib ki, iki il əvvələ qədər ailə ünvanlı sosial yardımla təmin edilirdi. Hazırda ailənin heç bir yerdən maddi gəliri yoxdur. Bu səbəbdən maddi sıxıntı çəkirlər:
“Tükəzban Əzizova digər oğlumun yoldaşıdır. Oğlumun fiziki imkanları işləməsinə imkan vermir, xəstədir. İş qabiliyyəti olan yalnız gəlinimdir. Onun da işlə təmin olunması müşkülə çevrilib. Heç olmasa, şəhid oğlumun adını daşıyan məktəbdə xadimə kimi çalışsa, ailəyə yardımı olar, dolanışıqları az da olsa yerinə düşər. Məktəb evimizə də çox yaxındır. Ağbirçək yaşımda gəlinim üçün Təhsil Şöbəsinə və məktəbə iş üçün müraciət etməkdən yorulmuşam. Vəd verirlər, amma iş vermirlər”.
Ana məktubunda ölkə başçısından da kömək istəyib. Bildirib ki, Prezidentin şəhid ailələrinə qayğısını nəzərə alaraq bu məsələdə onlara yardımçı olacağına əmindir: “Cənab prezidentin şəhid ailələrinə göstərdiyi qayğını daim hiss edirik. Şəhid ailələlərinə xüsusi qayğı ilə yanaşması, onları mənzillərlə, müavinətlə təmin etməyi göz önündədir. Bizə də yardım əlinizi uzadın. Xahiş edirəm, gəlinimin şəhid olmuş övladımın adına olan məktəbdə işə götürülməsinə tapşırıq verəsiniz”.
Çərəkə kənd 2 nömrəli məktəbin direktoru Xuraman Məcidova Cebhe.info-ya hazırda məktəbdə boş yer olmadığını bildirib: “Qadın bizə çox müraciət edib. Mən də bildirmişəm ki, yer yoxdur. Cəmi ik-üç xadiməmiz var, onlar da gəncdir. Vallah, yer yoxdur”.
Göycay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov isə saytımız vasitəsilə kənddəki məktəblərdən birində vakant yer yaranan kimi Nübar Əzizovanın gəlinini işə götürəcəyinə söz verib:
“Çərəkə kəndindəki digər məktəblərdə də vakant yer yoxdur. O ananın məktubu masamın üstündədir və məsələ nəzarətimdədir. Kimisə işdən çıxarıb, yerinə həmin xanımı gətirmək mümkün deyil. Mən Nübar Əzizovaya söz vermişəm ki, kənddəki 3 məktəbdən birində vakant yer yaranan kimi birbaşa gəlinini işlə təmin edəcəm. İyul ayına qədər həmin məktəbdə təqaüdə çıxan olacaq. O zaman ananın dediyi xanımı işlə təmin edəcəyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO