«3 şirkətə müraciət etdim, OBYEKTİMİ SIĞORTA ETMƏDİLƏR» - İş adamı
«Binə» ticarət mərkəzində bir neçə mağazası olan sahibkar Bəhruz Məmmədov sığorta şirkətlərindən narazıdır.
İş adamı FED.az-a bildirib ki, «Binə»dəki obyektlərini sığortalamaq üçün «Azsığorta», «Atəşgah» və «Paşa Sığorta» şirkətlərinə müraciət edib, amma üçündən də imtina alıb.
«Hər 3 sığorta şirkəti bildirdi ki, mənim obyektlərimi sığorta etməyəcəklər. «Azsığorta» əsas kimi onu gətirir ki, «Binə» ticarət mərkəzi riskli məkandır. Onlar deyir ki, Fövqaladə Hallar Nazirliyi (FHN) buranı təhvil almayıb, ona görə də sığortalaya bilmərik. «Atəşgah» və «Paşa Sığorta» şirkətlərindən isə heç bir əsas gətirmədən «Binə»dəki obyektlərimi sığorta etmədiklərini bildirdirlər»-deyə Bəhruz Məmmədov bildirdi.
Onun sözlərinə görə adlarını qeyd etdiyi sığorta şirkətlərinə hələ «Eurohome» ticarət mərkəzində yanğın baş verməmişdən əvvəl müraciət edib. «Şirkətlərə müraciət etmişəm ki, əməkdaş göndərin 3 obyektim var, sığortalayım. Deyilər ki, sığortalamırıq. Adam naraşat olur. Amma «Sədərək» ticarət mərkəzində çalışan yoldaşlar var, onlar öz dükanlarını sığortalatdırıblar. «Binə» ticarət mərkəzi yeni tikiləndə bir-iki sığorta şirkəti gəlib sığorta xidmətlərini təklif edirdilər. Amma sonradan onlar da yoxa çıxdılar. «Binə»də bir neçə dəfə yanğın olub. Fikrimcə sığorta şirkətləri də ona görə sığortalamırlar»- deyə Bəhruz Məmmədov bildirib.
İş adamı bildirir ki, bəzi sığorta şirkətləri mərkəzdəki mağazaları sığorta edirlər, amma bu yalnız yanğına aiddir, subasmadan sığorta etmirlər. «İstəyirdik ki, tanınmış sığorta “Atəşgah” “Paşa Sığorta” şirkəti ilə buranı sığortalatdıraq o da onlar yaxın durmadı»- deyə Bəhruz Məmmədov bildirib.
Sığorta eksperti İlkin İbrahimov da bildirir ki, sığorta şirkətləri «Sədərək» və «Binə» ticarət mərkəzini sığortalamırlar. Şirkətlər əsas kimi, ticarət obyektlərinin təhvil alınmadığını göstərirlər: «Fövqalədə Hallar Nazirliyi əgər obyekti istismara qəbul etmirsə, bu o deməkdir ki, bura riskli zonadır. Sual ortaya çıxır ki, əgər bura riskli zonadırsa onda niyə burda bu qədər adam çalışır?!”- deyə İlkin İbrahimov FED.az-a bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2019, 17:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2019, 17:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO