Təhsil Nazirliyi təhsildən kənar qalan 9 yaşlı şagirdi məktəbə qaytarıb

Ağdaş rayon sakini Novruzlu Polad İlqar oğlunun təhsildən kənar qalması ilə əlaqədar Təhsil Nazirliyinə mediadan daxil olan məsələ yerində araşdırılıb.
Nazirlikdən "Report"a bildirilib ki, araşdırma nəticəsində məlum olub ki, Ağdaş şəhəri M.İsayev adına tam orta məktəbin III sinfində təhsil alan Polad Novruzlunun ailəsi 2019-cu ilin yanvar ayının sonlarında yaşayış yerini dəyişərək Bərdəyə köçüb.
Valideynlərinin müraciətinə əsasən, o, Bərdə rayonu Hacılar kənd ümumi orta məktəbinin müvafiq sinfinə qəbul edilərək təhsilini davam etdirib. Lakin bir müddət sonra ailənin yenidən yaşayış yerini dəyişərək Ağdaş rayonuna köçməsi səbəbindən Polad Novruzlu məktəbə getməyib və təhsildən kənarda qalıb.
Məsələ ilə bağlı Ağdaş Rayon Təhsil Şöbəsinin əməkdaşları həmin ailənin yaşadığı evə gedərək Polad və anası ilə görüşüblər. Aparılan söhbət zamanı Poladın anası övladının xəstə olduğunu və həkimlər tərəfindən yazılan 10 günlük müalicə kursu bitdikdən sonra onu məktəbə göndərmək istədiyini bildirib.
Hazırda Poladın səhhəti tam normaldır və o, Ağdaş şəhəri 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Polad Novruzlu həmçinin məktəbli forması, ləvazimatları və isti geyimlə təmin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2019, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2019, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO