“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” - GİLEY

Cəlilabad rayon sakini Baxşəliyeva Azadə Hüseyn qızı AYNA-ya üz tutub. O, anasının rayonun Göytəpə deyilən ərazisində, dairəvi yolun yaxınlığındakı daxmalardan birində məskunlaşdığını və olduqca ağır şəraitdə yaşadığını deyir.
“İllərdir qəzalı vəziyyətdə olan daxmada yaşayır. İndiyədək müraciət etmədiyimiz idarə, qurum qalmayıb. Evin qəzalı vəziyyəti ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişik”, - deyən A.Bəxşəliyeva Agentliyin onlara ünvanladığı cavab məktubunu da redaksiyamıza təqdim edib. Məktubda deyilir:
“Sizin evinizin qəzalı vəziyyətdə olması, bununla bağlı tərəfimizdən qəza vəziyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığınız 03 oktyabr 2018-ci il tarixli təkrar ərizəyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baxılmışdır. Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində yalnız fövqəladə hal baş verdikdə onun nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görür. Qeyd etdiyiniz məsələnin həlli Fövqəladə Hallar Naziriyinin səlahiyyətlərinə aid olmadığından sizə tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.
Şikayətçi anasının yaşlı və xəstə olduğunu, maddi sıxıntılar çəkdiyini qeyd edir: “Anamın gözləri də görmür və aldığı minimum pensiya məbləği onun heç dərmanlarının pulu etmir. Yaşlı qadının qızından – məndən başqa heç kimi yoxdur. Əvvəl mənim sağlamlığım imkan verirdi, qazanırdım, azdan-çoxdan anama kömək edirdim. İndi özümün də səhhətim imkan vermir. Həyat yoldaşım yol qəzasına düşdü, indi hərəkət edə bilmir. Özüm bir neçə dəfə əməliyyat olunmuşam, işləmək qabiliyyətim qalmayıb”.
“Xahiş edirəm, anama kömək edin. Heç olmasa, sosial yardım almasına dəstək verin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin qapısını dəfələrlə döymüşəm ki, anama heç olmasa, sosial yardım almaqda kömək etsinlər. Onlar isə cavabı belə oldu ki, “özümüz də yardım almaq istəyirik, amma bizə də vermirlər”. Ümid yerim sizsiniz. Xahiş edirəm, kömək edin. Gəlin, anamın evinə, görün orada yaşamaq olarmı?! Bir dəfə güclü külək əssə, həmin daxma uçacaq və anam altında qalacaq. Mənim ondan başqa heç kimim yoxdur”, - deyir dərdli xanım.
Belə… Biz vətəndaşın problemini qələmə aldıq və yayımlayırıq. Ümid edirik, daha doğrusu, inanmaq istəyirik ki, müvafiq qurumlar, şəxslər, ya da heç məsələyə dəxli olmayan, sadəcə vicdanı olan hansısa iş adamı bu harayı eşidəcək.
Və AYNA yenə də “bir ümid daha” deyərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin katibi Fazil Talıblı ilə əlaqə saxlayıb. Onun cavabı isə belə olub:
“Vətəndaş özü, əgər özü edə bilmirsə, yaxınları məlumatlarını elektron sistemə yükləməlidir. Orada vətəndaşın real vəziyyəti haqqında məlumatlar əks olunmalıdır. Sistem elektron şəkildə həmin adama sosial yardımın düşüb-düşməyəcəyini müəyyənləşdirəcək və bu barədə qərar qəbul edib vətəndaşa məlumat veriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2019, 09:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2019, 09:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO