Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq
“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.
Bu haqda millət vəkili Vüqar Bayramov açıqlama yayıb.
Millət vəkili qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur. Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.
Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər.
Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2024, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO