Tibb məntəqəsi olmayan bəzi kəndlər: Adı olsa da, heç bir şəraiti yoxdur
Bəzi kəndlərdə ya tibb məntəqəsi yoxdur, ya da adı olsa da, heç bir şəraiti yoxdur.
Səhhətində qəfil problem yaranan sakinlər ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan başqa kəndə getməli olurlar. Tibb məntəqəsi olan kəndlərdə də vəziyyət ürəkaçan deyil. Bir çoxunda hələ də normal tibbi yardım üçün şərait yoxdur.
Tovuzun Yuxarı Öysüzlü və Ağdam kəndlərində olan məntəqələrin də təmirə ehtiyacı var.
Bənzər problemlər Qax-Zaqatala bölgəsində olan kəndlərdə də yaşanır. Rayon sakinləri kənddən kilometrlərlə aralıda olan tibb məntəqələrinə müraciət etməli olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibb məntəqələri müraciətlər əsasında aparılan monitorinqlərin nəticəsinə əsasən yaradılır. Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda nazirlik prosedurlara uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu göndərir. Sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparırlar.
Monitorinqin nəticəsinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Maliyyə vəsaiti ayrıldıqda isə müəssisənin inşası və ya əsaslı təmiri həyata keçirilir.
Daha ətraflı Xəzər Tv-nin hazırladığı süjetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2024, 18:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib