Tanınmış müğənni həmkarlarından narazıdır: - "Məni dilə-dişə saldılar..."
Əməkdar artist Yusif Mustafayev 400 min manata tikdirdiyi deyilən məscidlə bağlı yaranan qalmaqala aydınlıq gətirib.
Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ ətrafında deyilənlərin heç bir əsası yoxdur:
"Heç olmasa 2 milyon yazardılar. 3-4 ildir ki, orada iş gedir. Müğənni adamam, hardandır bu qədər pul, 400 min ey… Mənim imkanım olsaydı, elə onu bir aya tikdirərdim də. Balaca bir məsciddir".
Sənətçi deyib ki, bu məlumatı həmkarları yayıb:
"Məlumatı gizlin saxladım, amma müğənni dostlarım çəkib "Tik-Tok"da paylaşıb. Dedim ki, etməyin, Allahın evidir. Amma kimə deyirsən, məni dilə-dişə saldılar. Biabır oldum. 400 min pulum olsaydı, özümü dünyanın xöşbəxti sayardım. Bu addımla xalqıma xidmət etmişəm”.
Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayevin doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində tikdirdiyi məscidin qiyməti açıqlanıb. Məlumata görə, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb. 350 min manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2024, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?