reklam
Regionxeberlericom.az » Mədəniyyət » Xalqa dəstək olmaq əvəzinə görün nə etdi... - Xatirə İslamın bu görüntüləri qınandı

reklam

Xalqa dəstək olmaq əvəzinə görün nə etdi... - Xatirə İslamın bu görüntüləri qınandı


Məlumdur ki, karantin rejimi ilə əlaqədar iş yerlərinin bir çoxu fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu isə ən çox maddi durumu zəif olan aztəminatlı ailələrə təsir edib. Elə buna görə də dövlətimiz və ayrı-ayrı iş adamları tərəfindən bu ailələrə ərzaq yardımı edilir.
Lakin biz həmin yardım karvanında barmaqla sayılacaq qədər az müğənniyə rast gəlirik. Ekranlarda bəlkə də hər gün gördüyümüz, adları dillər əzbəri olan, toylarda oxuduğu fonoqrama üçün bir manat belə endirim etməyən əksər müğənnilər isə öz dəbdəbəli villalarına, bahalı evlərinə çəkilərək, xalqa idman etməyi, düzgün qidalanmağı məsləhət görməkdən başqa heç bir şey etmirlər.
Əziz müğənnilər!
Ac qarnına idman olmur. Bunun əvəzinə siz də dövlətimizə dəstək olmaq niyyəti ilə ən azından hər biriniz 10 ailəni ərzaqla təmin edə bilərsiniz. Çünki bu gün cansağlığı ilə oturduğunuz o dəbdəbəli evləri, sürdüyünüz bahalı maşınları, yediyiniz qeyri-adi yeməkləri, aldığınız titulları belə bu xalq sayəsində əldə etmisiniz.
Sosial şəbəkələrdə xalqa bu çətin durumda “məsləhət verən” müğənnilərdən biri də Xatirə İslamdır. O, özünün “İnstagram” hesabından canlı yayım açaraq ona reklam etməsi üçün restorandan göndərilən yemək paketlərini nümayiş etdirib. Xanım sənətçi həmin yeməkləri geninə, boyuna, iştahla göstərməkdən çəkinməyib. Fikrimizcə, ölkənin belə bir ağır durumunda xalqın vəziyyətindən xəbərsizmiş kimi, restoranları, dəbdəbəli yeməkləri reklam etmək insan laqeydliyinin ən son həddini göstərir. Əslində isə Xatirə xanım böyüklük edib həmin yeməkləri bir-bir açıb insanlara reklam etməkdənsə, həmin restorandan kasıbın qapısına bir sovqat düzəldib göndərə bilərdi. Amma görünür Xatirə xanım öz aləmindədir və ən azından həmkarı Rəqsanə İsmayılovanın çağırışının ona dəxli olmadığını düşünür.
Biz isə tərsinə düşünərək, həm Xatirə xanım da daxil olmaqla digər imkanlı sənət adamlarına eynu çağırışla səslənirik: Əslində bu da bir sınaqdır. Və bu sınaqda hər kəs öz iradəsini göstərməlidir. Sizlər xalqın müvəqqəti, bəli.. müvəqqəti çətinlikdə xalqın yanında olmalısınız ki, xalq da dirçəlib yenidən sizə dönsün.
Onu da unutmayın ki, xalqımız tarixin hər dövründə çətin sınaqlardan mərd-mərdanə keçib. Bu sınaqdan da alnıaçıq, üzüağ keçəcək. Lakin bu çətin günlərdə xalq ona üz döndərənləri, dəbdəbəli həyat yaşayıb ona dəstək olmayanları da bir kənara yazır… Necə deyərlər, ağ qaradan seçilir!
KONKRET.az xanım sənətçinin sosial şəbəkələrdə qınaq obyektinə çevrilən sözügedən videosunu təqdim edir:



Paylaş:


Müəllif : Tarix:
17-04-2020, 13:51
Sikayət   


loading...
Загрузка...