“Victoria's Secret”in ABŞ-dakı butikləri bağlanır - Bir açıqlamaya görə

Dünyanın ən məşhur qadın alt paltarı brendi “Victoria's Secret”in ABŞ-dakı 53-ə yaxın butiki bağlanacaq.
Bu barədə brendin rəsmiləri ötən həftənin sonu “Bloomberg”ə açıqlama veriblər.
Mağazaların bağlanmasının əsas səbəblərindən biri ötən ilin noyabr ayında “Vorgue US” şirkətinin rəsmilərinin verdiyi müsahibə olub. Onlar vurğulayıblar ki, bundan sonra “Victoria's Secret”də böyük ölçülərə sahib olan qadınlar və transgenderlər işə götürülməyəcək.
Qeyd edək ki, ABŞ brendi “Victoria’s Secret” 1977-ci ildə San-Fransiskoda (Kaliforniya) yaradılıb. Brendin tarixi çox maraqlıdır. Gənc ər Roy Reymond öz sevimli arvadına gözəl alt paltarı dəsti hədiyyə etmək istəyir. Lakin onun arvadına xoş sürpriz etmək cəhdi uğursuzluqla nəticələnir.
Səbəb satıcıların kişi müştərilərlə işləyə bilməməsi və Roy Reymonda alt paltarı seçimində kömək edə bilməmələri olur. Mağazadakı hadisə Roy Reymonda uzun müddət rahatlıq vermir və nəticədə, onda öz qadın alt paltarı mağazasını açmaq ideyası yaranır.
Bu, Stenford Universitetinin məzunu, MBA dərəcəsi olan istedadlı gəncin ideyası olur.
Maraqlıdır ki, Roy Reymond şirkətinə xanımının şərəfinə Viktoriya adını verməyib. Şirkət adını sirli ingilis kraliçası Viktoriyadan götürüb.
Hər il “Victoria's Secret”in qadın alt geyimlərinin nümayişi ən baxımlı şouya çevrilir və o, ekran qarşısına milyonlarla tamaşaçı toplayır. Eyni zamanda, dünyada populyar olan onlarla supermodel bu şouya qatılır. Qızlar dəfiləni kürəklərinə taxdıqları qanadlarla podiuma çıxaraq təqdim etdikləri üçün onları “Victoria's Secret”in “mələklər”i adlandırırlar.
“Victoria's Secret”də fəaliyyət göstərən “mələklər” arasında Bella və Cici Hadid bacıları, Kendal Cenner, Adriana Lima, Elza Hoks, Behati Prinslu, Kendis Sveynpol, Lili Oldric, Teylor Hill, Jozefin Skriver, Leys Ribeyro və digər dünya səviyyəli bir-birindən gözəl modellər var.
“Mələklər”in nümayişini müşayiət edən parlaq musiqilər də supermodellər kimi şounun ayrılmaz hissəsidir. Hər il dəfilə məşhur simaların, həmçinin, dünya ulduzlarının iştirakı ilə baş tutur.
“Victoria’s Secret”in şouları artıq bir ənənə halı alıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-03-2019, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-03-2019, 14:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….