reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dövlət köhnədən qalan kredit borcunu NİYƏ BAĞLAMIR? - Ekspert danışır

reklam

Dövlət köhnədən qalan kredit borcunu NİYƏ BAĞLAMIR? - Ekspert danışır


"Azərbaycanda bu il inflyasiyanın məhdudlaşdırılması siyasəti çərçivəsində istehlak kreditlərinin azaldılması siyasəti aparılıb".

Keçən həftə bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O, həmçinin, əlavə edib ki, ölkədə dedollarizasiya davam edib, xarici valyutada verilən kreditlər azalıb. Qeyd edək ki, ölkədə əhali son illər istehlak kreditlərindən geniş şəkildə faydalanır.

Yəni vətəndaşlar o qədər yüksək olmayan maaşla əldə edə bilmədiyi məhsulu ancaq kredit hesabına istehlak məcburiyyətində qalır.

Doğrudanmı bu gün istehak kreditlərinin azalması ölkədə aparılan siyasət çərçivəsində baş verir, yoxsa vətəndaşların ödəniş qabiliyyəti buna imkan vermir?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, vətəndaşların əksəriyyəti hər zaman kredit götürməyə hazırdırlar:

“Yəni əksəriyyət həmin krediti qaytara biləcəyini fikirləşmir. Mən deməzdim ki, bu, Mərkəzi Bankın siyasətidir. Mərkəzi Bank nə edib? Bankların özünün ehtiyatlılığıdır. İkincisi də istehlak kreditlərinin azalıb-azalmamasının özü də fakt deyil. Mərkəzi Bank hansı statistikaya əsasən deyir ki, istehlak kreditləri azalıb? Azərbaycanda istehlak kreditləri yalnız bankların birbaşa əhaliyə verdiyi kreditlər deyil. Əgər bankların kredit problemlərinə baxsaq, onlar xeyli miqdarda kredit şəbəkələrinə kreditlər verirlər. Yəni hər vətəndaş gedib bu gün ticarət şəbəkəsində texniki avadanlığı, telefonu, televizoru, mebeli nisyə alır. Bu zaman bankdan krediti həmin ticarət şəbəkəsi götürür. Onun hesabına gedib malı alır və insanlara nisyə satır. Bu da istehlak kreditidir, ancaq Mərkəzi Bankın hesabatlarında yer almır”.

Ekspert bildirib ki, bu, Mərkəzi Bankın hesabatında biznes krediti kimi görünür:

“Çüni banklar birbaşa o kreditləri ticarət şəbəkələrinə verir. Mən deməzdim ki, istehlak kreditlərində ciddi azalma var. Bu baxımdan, Mərkəzi Bankın rəhbəri yaxşı olardı ki, konkret statistika ortaya qoysun və bildirsin ki, banklar ticarət şəbəkələrinə nə qədər kredit verib. Bu zaman biz tam mənzərəni görəcəyik. Düşünmürəm ki, onlar bunu açıqlayacaq, çünki bilirlər ki, vəziyyət əhaliyə və ölkə başçısına bildirdikləri kimi deyil”.




Paylaş:


Müəllif : Tarix:
7-11-2022, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər