Naxçıvana bilet bahalaşır? - “10 manatla AZAL-ın dərdi sağalacaqsa...”

Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xərclərini ödəmir.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir:
"Xərclərin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticə etibarilə, vətəndaşlarımız 60 manat ödəməklə Naxçıvana gedirlər. Lakin çox vaxt AZAL tənqid edilir ki, uçuşlar bu qiymətədir. Halbuki 60-70 manat xərcləri ödəmir".
Qeyd edək ki, bir neçə ay öncə “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilmişdi. Azərbaycan vətəndaşı olan hər bir sərnişinə güzəşt məbləği 10 manata endirilmişdi.
Xatırladaq ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.
Əgər Naxçıvana təyyarə biletlərinin qiymətinin 60 manat olması AZAL-ın xərclərini ödəmirsə, yenidən qiymətlərin bahalaşması vətəndaşlar üçün problem yaratmayacaqmı?
Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, Naxçıvana gediş-gəliş elə əvvəldən AZAL tərəfindən problemə çevrilib:
“Bu gün blokadada olan respublikaya gedib-gəlmək üçün əslində nəqliyyat xərcləri ucuzlaşdırlmalı, vətəndaşların rahatlığı təmin edilməlidir. Çünki bu gün Naxçıvan sürətlə inkişaf edir, insanların getməsi, oradakı sosial-iqtisadi inkişafla tanış olması, əlaqələrin genişlənməsi çox vacibdir.
Çünki erməni bədxahları hər gün Naxçıvanda nəsə bir hadisə baş verməsini istəyirlər, onların tarixən Naxçıvanda gözü olub. Belə bir şəraitdə biz Naxçıvanı inkişaf etdirməliyik. Təəssüf edirəm ki, Naxçıvana nəqliyyat xərclərinin artırılması ilə bağlı fikirlər səslənir. Əgər 10 manatla AZAL-ın dərdi sağalacaqsa, qiymətləri artırsın. Bu insanların cibinə ziyandır, hər gün yüzlərlə insan Naxçıvana gedir. Bu AZAL üçün elə də böyük bir xərc deyil. AZAL bu qiymətləri artıra-artıra hara gedir? Bununla nə demək istəyir? Blokadada olan bir respublikaya hər gün nəqliyyat qiymətlərinin artırılması düzgündürmü? Mən bunu qəbul eləmirəm.
Əslində AZAL çalışmalıdır ki, nəqliyat xərcləri aşağı düşsün, insanlar rahat gedib-gələ bilsinlər. Çünki insanlar uzun müddətdir ki, nəqliyyatla bağlı əziyyət çəkirlər, xərclərə səbəb olur. Bir vətəndaş kimi buna yaxşı baxmıram. İstərdim ki, AZAL yenidən tariflərə baxsın, qiymətləri bahalaşdırmaqdansa, əksinə ucuzlaşdırsın”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2022, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB