Rublun ucuzlaşması əksər MDB ölkələrinin valyutalarına təsir göstərəcək - Deputat

“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib. Hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək. Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollar ilə həll edərsə o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək”.
Bunu millət-vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Millət vəkilinin dediyinə görə, Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda bu əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək: “Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2022, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.