İflas dalğasının qarşısını almaq üçün Aİ-yə bu qədər pul lazımdır - ŞOK MƏBLƏĞ
Avropa İttifaqı dövlətlərinin biznesi pandemiya və karantin tədbirləri səbəbi ilə zəncirvari iflas proseslərindən yayınmaq üçün 720 milyard avroya bərabər likvidliyə ehtiyac duyacaq.
regionxeberlericom.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyası rəhbərinin müavini Marqrete Vestager Brüsseldə keçirilən videobrifinqdə bildirib.
“Artıq 2020-ci ildə Avropa iqtisadiyyatının cəmiyyətə milyonlarla iş yeri bahasına başa gələcək iflas dalğasının qarşısını almaq üçün 720 milyard avroya bərabər olan likvidliyə ehtiyacı olacaq”, - o deyib.
Bununla əlaqədar M.Vestager qeyd edib ki, Avropa Komissiyası mayın 27-də təqdim olunan Aİ-nin İqtisadi Bərpa Fondunun yaradılması planı çərçivəsində vəziyyətin sabitləşməsi üçün Aİ dövlətlərinin iqtisadiyyatına 300 milyard avro məbləğində investisiya və kreditlərin cəlb olunmasını təmin etməli olan kredit qabiliyyətini dəstəkləyən xüsusi alət hazırlamaq niyyətindədir. İnvestisiya və kreditlərin cəlb olunması Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (AİB) maliyyə təminatı ilə baş tutacaq. O vurğulayıb ki, AK və AİB şirkətlərə birbaşa kredit verməyə yox, kapital bazarında özəl investisiyaların toplanmasına zəmanət verməyə diqqət yetirəcəklər. M.Vestagerin fikrincə, çatışmayan 420 milyard avro məbləğində vəsaiti iqtisadiyyatın dəstəklənməsi üzrə milli kredit sxemləri çərçivəsində Aİ dövlətlərinin hökumətləri cəlb etməlidir.
Avropa Komissiyası rəhbərinin müavini əlavə edib ki, bu sxemin praktikada həyata keçirilmə sürəti qanunvericilik strukturları tərəfindən qərar qəbuletmə sürətindən, yəni Avropa Komissiyasının bu təkliflərini təsdiqləməli olan Avropa Parlamentindən və Avropa İttifaqı Şurasından asılı olacaq. Onun sözlərinə görə, bu mexanizm ən yaxşı halda yayın sonlarında - payızın əvvəlində işə düşə biləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2020, 17:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2020, 17:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:39
Qida zəhərlənmələrinin arxasında Qoşqarlı kölgəsi - Əsas biznesidir, vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq
Bu gün, 11:54
Hindistanlılar Apollon 11 və Apollo 12 kosmik gəmilərinin Aya enişini təsdiq etdilər...
Bu gün, 09:15
Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi
Dünən, 14:26
Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı – Müəmmalı tender
7-05-2024, 09:42
İşçilərin-güzəştli şərtlərlə əmək pensiyasına çıxa bilməməsinin əsas səbəbləri nədir?
7-05-2024, 09:40
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA + YENİLƏNİB
7-05-2024, 08:52