Azərbaycanda təzə ət qıtlaşır, yerini dondurulmuş ət tutur - 2 ayın statistikası nə deyir...

Azərbaycan xaricdən dondurulmuş qırmızı ət idxalını getdikcə artırır.
regionxeberlericom.az virtualaz.org-a istinadən xəbər verir ki, təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb.
Bildirilir ki, Azərbaycana ixrac edilən dondurulmuş mal əti Ukraynanı ümumi ət ixracının 26.4 faizini təşkil edir.
Azərbaycan Dövlət Gömrük Xidmətinin statistikasına əsasən isə ölkəyə bu ilin yanvar ayında xaricdən 5.04 min ton ət idxal edilib. Bu malın idxal gömrük bəyannaməsində ümumi dəyəri 7 milyon dollardan çoxdur.
Fevral ayında isə Azərbaycana 9.14 min ton ət idxalı (12.6 milyon dollar dəyərində) həyata keçirilib. Beləliklə, təkcə iki ayda ölkəyə ət idxalı 14 min tonu keçib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.
Lakin statistik rəqəmlərdən görünür ki, ölkəyə dondurulmuş ətin idxalı artır və təkcə son iki ayda idxal edilən dondurulmuş ətin həcmi orta hesabla iki aylıq tələbatın (62 min tona yaxın) az qala dörddə birini təşkil edir. Bu da ölkədə ət istehsalının sürətlə azaldığını və yerli təzə ətin yerini xaricdən idxal edilən dondurulmuş ətin tutmağa başladığını göstərir.
Dövlət Statistika Komitəsi ilin əvvəllərində açıqlamışdı ki, ötən il ölkəyə ət idxalı miqdar ifadəsində 16.3 faizdən çox artıb.

Ekspertlərə görə ət istehsalının azalmasının və nəticədə idxalın artmasının başlıca səbəblərindən biri son illərdə ölkədə örüş sahələrinin fermerlərin əlindən pambıq və digər texniki bitkilərin əkini üçün alınması və nəticədə heyvandarlıqla məşğul olan kiçik, orta fermer təsərrüfatlarının sıradan çıxmasıdır. Habelə yem bazasının məhdudluğu və yemin baha olması nəticəsində maya dəyərinin artması heyvandarlığın tənəzzülünə təkan verən amillərdən biridir. İdxalın artmasının səbəblərindən biri də yerli ətin qiymətinin yuxarıda sadalanan amillərin təsiri ilə artması nəticəsində iaşə müəssisələrinin, dövlət təşkilatlarının daha ucuz olan dondurulmuş ətə üstünlük verməsidir.
Qeyd edək ki, xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-04-2019, 14:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-04-2019, 14:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO