Azərbaycanda mikro sahibkarlara vergi güzəştləri veriləcək

Azərbaycanda koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üzrə kompleks tədbirlər davam edir. İqtisadiyyata dəstək baxımından bir vergi güzəştlərinin tətbiq olunması mühüm və genişmiqyaslı xarakter daşıyır.
Təklif edilən vergi güzəştlərinin bütün sahibkarlara aidiyyəti var. Belə ki, koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün güzəştlərin verilməsi nəzərdə tutulur. Mikro sahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni dövriyyədən verginin 2 faizdən 1 faizə endirilməsi, həmçinin cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi təklif edilir.
Bundan başqa, mikro sahibkarların 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatı və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti ayların ödəmələrinə aid edilməsi də nəzərdə tutulub.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə bütövlükdə nəzər salsaq, sahibkarlıq subyektlərinin hesabatlılıq və cari bəyannamələrin verilməsi ilə bağlı öhdəlikləri, eyni zamanda ötən ilin nəticələrinə görə vergilərin ödənilməsi müddətlərinin təxirə salınması, digər tərəfdən isə mövcud vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulub. Güzəştlər sahibkarların və fərdi vergi ödəyicilərinin mövcud vəziyyətdən maksimum az təsirlənməsi məqsədilə atılan əhəmiyyətli addımlardır.
Bu güzəştlər vergi ödəyicisinin öz biznes fəaliyyətini dayandırmaması və zərərlərini qismən də olsa, qarşılaması üçün verilən dəstəkdir. Güzəştlərin fərdi (mikro) sahibkarlara fərq qoyulmadan aid edilməsi isə onların fəaliyyəti üçün əhəmiyyətli stimul olacaq. Çünki elə fərdi (mikro) sahibkarlar var ki, onlar pandemiya dövründə mənfi təsirlərə məruz qalmayıblar. Bu güzəştlərdən yararlanmaq onlara əlavə gəlir gətirəcək. Ümumiyyətlə, iqtisadi islahatlar arasında kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək verilir.
Hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə bağlıdır. Son 5 ildə Avropa məkanında yaradılan yeni iş yerlərinin 85 faizi kiçik və orta biznes subyektlərinin payına düşür. Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl bölmə kifayət qədər inkişaf edib, sahibkarlığın ÜDM-də və məşğulluqda payı əhəmiyyətli dərəcədə artıb. Kiçik və orta sahibkarlıq subyektlərinin ÜDM-də payı 30 faizə çatıb, ixracda isə 30 faizdən çoxdur.
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ölkə üzrə sahibkarlıq subyektlərinin 90 faizinin kiçik və orta sahibkarlıq subyektləri olması bu kateqoriyanın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu göstərir.
Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi yüksəlişin təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir. 2025-ci ildən sonrakı dövr üçün kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılması, gündəlik istehlak malları ilə təminatın əsasən bu subyektlər vasitəsilə həyata keçirilməsi, onların payının ÜDM-də 60 faizə, məşğulluqda 70 faizə, qeyri-neft ixracında isə 40 faizə çatdırılması nəzərdə tutulur. Bu baxımdan, vergi güzəştlərinin tətbiqi qeyd olunan hədəflərə çatmaqda sahibkarlıq subyektləri üçün mühüm təkan olacaq. (Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2020, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-04-2020, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO