Üçqat Olimpiya çempionunda dopinq aşkarlandı
Çinli ağır atlet Lyuy Syotsyun antidopinq qaydasını pozduğuna görə yarışdan kənarlaşdırılıb.
Bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.
Syotsyun oktyabrın 30-da dopinq testindən keçə bilməyib. Onun nümunəsində eritropoetin aşkar edilib. Bu dərman Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilib. İdmançı pozuntu barədə İTA tərəfindən məlumatlandırılıb və məhkəmə prosesi başa çatana qədər müvəqqəti diskvalifikasiya olunub.
Çinli ağır atletin 38 yaşı var. 2012 və 2016 Olimpiya Oyunlarında 77 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb, 2021-ci ildə isə 81 kiloqram çəki dərəcəsində olimpiya çempionu olub. Eyni zamanda o, 374 kiloqram (170+204) nəticə ilə biatlon yarışlarında rekorda imza atıb. Bundan əlavə, beşqat dünya çempionudur.
Rio-de-Janeyroda keçirilən 2016-cı il Oyunlarının qızıl medalını Syotsyun yalnız 2022-ci ilin martında əldə edib. Bu, qalib Qazaxıstan təmsilçisi Nicat Rəhimovun dopinq qəbul etdiyinə görə diskvalifikasiyasından sonra baş verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2022, 13:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?