reklam
Regionxeberlericom.az » İdman » Keçmiş futbolçu kokain qaçaqmalçılığına görə saxlanıldı

reklam

Keçmiş futbolçu kokain qaçaqmalçılığına görə saxlanıldı


Hollandiyada Moskva "Spartak"ının sabiq futbolçusu Duşan Petkoviç saxlanılıb. 

Xarici medianın məlumatına görə, Petkoviç 115 kiloqram kokain qaçaqmalçılığında şübhəli bilinir.

Bildirilir ki, Petkoviç narkotik maddələrin istehsalı və satışı ilə bağlı cinayət əməlləri törətməkdə şübhəli bilinən cinayətkar qruplaşma ilə əlaqəli olduğu düşünülür. Prokurorlar hesab edirlər ki, bu cinayətkar qrupun üzvləri Cənubi Amerikadan Rotterdam limanına və oradan da Arlona külli miqdarda narkotik vasitələrin daşınmasını təşkil ediblər.

Serbiya, Belçika, Hollandiya və Lüksemburqun xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində 115 kiloqram narkotik vasitə götürülüb.

Prokurorların sözlərinə görə, beton plitələrin satışı ilə məşğul olan qeydiyyatdan keçmiş şirkətdən istifadə edən mütəşəkkil cinayətkar qrup əvvəlcə Lüksemburqdakı bir şirkətdən plitələri alıb, sonra isə Belçikanın Arlon şəhərindəki anqarda hazırlanmış və içərisində kokain olan kisələr olan beton plitələrlə əvəz edib. 

Belçikada hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı hər birində çəkisi 1120 qram olan 3 bağlama kokain olan 22 beton plitə aşkar edilib. Saxlanılan şəxslərdən külli miqdarda pul, silah və əlavə narkotik paketlərinin götürüldüyü dəqiqləşdirilir.

Petkoviç Serbiya millisinin heyətində 7 oyun keçirib. 




Paylaş:


Müəllif : Tarix:
30-11-2022, 17:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər