İranın Olimpiadadakı yeganə azərbaycanlı medalçısı ölkədən getdi

Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı olan Kimiya Əlizadə İranı tərk edib.
Bu barədə o, İnstaqram səhifəsində yazıb. Kimiya “ölkəsində əzilən milyonlarla qadından biri” olduğunu qeyd edərək Avropaya getdiyini bildirib. Onun sözlərinə görə, idman məmurları tərəfindən istismar olunub:
“Onlar məni hara istəyirlər göndərdilər. Nəyi dedilər, onu geyindim. Onların hər bir təklifini təkrarladım. Biz onlar üçün alət olmaqdan başqa heç bir məna kəsb etmirdik.
İran hökuməti medallarıma görə sevinirdi, ancaq seçdiyim idman növünə görə tənqid edirdi. Mən dünyadan taekvondo, təhlükəsizlik və xoşbəxt həyatdan başqa heç nə istəmirəm. Mən korrupsiya və yalan üzərində qurulmuş pillələri qalxmaq istəmirəm”.
İranın “İSNA” agentliyinin məlumatına görə, Kimiya Niderlanda gedib.
Qeyd edək ki, Əlizadə 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında medal qazanmış yeganə İran idmançısı olub.

Paylaş:
Müəllif : Redaktor
Tarix:13-01-2020, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-01-2020, 08:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 10:26
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28
16-08-2025, 20:24

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.