“Vaqifdən şikayətçi deyiləm” - Budaq Nəsirovun atası

Futbolçu Budaq Nəsirovun atası Hikmət Nəsirov oğluna FİFA meneceri Vaqif Heydərli tərəfindən haqsızlıq edilməsiylə bağlı yayılan iddialara cavab verib. "Qafqazinfo" xəbər verir ki, “Futbol+”a danışan Hikmət Nəsirov ümumiyyətlə, Vaqif Heydərlidən şikayətçi olmadığını deyib:
“Mən Vaqifdən şikayətçi ola bilmərəm. Ona iradım yalnız ondan ibarətdi ki, gərək Budağı “Sportinq”ə aparanda mənimlə də məsləhətləşəydi. Oğlumun o kluba yollanması bəlkə də bir az tez idi. O ki qaldı Heydərlinin hər ay bizə göndərmək adıyla 1500 avronu cibinə qoymasına, bu haqda heç bir məlumatım yoxdur”.
Nəsirov açıqlamasında oğlunun Türkiyədə hansısa agentliklə müqavilə bağlamasından xəbərsiz olduğunu deyib: “Oğlum hazırda Portuqaliyadadı. Orda başqa sahədə çalışır. O dostları ilə məşq edir. Qış “transfer pəncərəsi”nin açılmasını gözləyir. Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Nail Zeynalov adlı şəxs fesybukda Vaqif Heydərlinin Budaq Nəsirovu “Sportinq”ə apardığı zaman onun transfer məbləğini süni şəkildə şişirdilməsinə göz yumduğunu, futbolçunun evinə göndərdiyi 2400 avronun 1500 avrosunu cibinə qoyduğunu iddia edib. O bildirib ki, Budağın karyerasının uğursuz alınmasında mencerinin günahı böyükdür.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-10-2019, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-10-2019, 12:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….