Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirildi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının yaxınlığında, Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb. Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 metr məsafədə güclərini sınayıblar. Qalib idmançılar diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən yeniyetmə və gənclər arasında bu cür daxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, onlar arasından perspektivli idmançılar seçərək daha güclü milli komanda formalaşdırmaqdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-06-2024, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib