reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycan sərhədini pozanlar saxlanıldı - FOTO

reklam

Azərbaycan sərhədini pozanlar saxlanıldı - FOTO

 

Sərhəd pozucularına qarşı əməliyyat tədbirləri keçirilib.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, mayın 9-da saat 7 radələrində “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşı 26 yaşlı Merrouche Ebdelouahab saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 47 yaşlı Məmmədov İlham İsaxan oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Mayın 10-da saat 1:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 35 yaşlı Şirəliyev Aqil Məhəmməd oğlu saxlanılıb.

Mayın 11-də saat 21:45-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.








Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər