Qətlindən əvvəl əri ilə bağlı videonu yaxınlarına göndərib

Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüzün həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni iddialar yayılıb.
Mərhum həkimin ölümündən bir neçə gün əvvəl həyat yoldaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün ona xəyanət etməsi ilə bağlı yaxınlarına məlumat verdiyi bildirilir. Belə ki, iddiaya əsasən, Türkan ərinin evdə çalışan xidmətçi qadınla münasibətini əks etdirən görüntüləri onlara göndərib. Bağ evində çəkildiyi ehtimal edilən həmin video dünən gecədən sosial mediada yayılıb.
Hadisə zamanı bu görüntülərin rolunun olub-olmaması, cinayətin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, ixtisaslı cərrah olan və son illərdə plastik cərrah kimi daha çox tanınan Türkan Yafəs qızı Gündüzün (Hacıyeva) 14 il əvvəl özündən 15 yaş böyük Muhammet Gündüzlə ailə qurduğu və bu izdivacdan iki qızlarının olduğu bildirilir. Ailədən indiyədək ciddi problemin yaranmadığı, cütlüyün ilin bir hissəsini Türkiyədə, qalan hissəsini Bakıda keçirdiyi bildirilir. T. Gündüz sosial şəbəkə hesablarında da həyat yoldaşı və ailəsi ilə bağlı tez-tez paylaşımlar edib.
Türkan Gündüz bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2023, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO