reklam
Regionxeberlericom.az » Hadisə » Bakı və Sumqayıtda qadınları qarət edən tutuldu

reklam

Bakı və Sumqayıtda qadınları qarət edən tutuldu


Sumqayıtda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanı oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
28-01-2023, 13:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər