Ramin Hacılı həbsdə saxlanma şəraiti ilə bağlı ədliyyə nazirinə MÜRACİƏT ETDİ
Azərbaycan Avropa Hərəkatının sədri, hazırda həbsdə olan Ramin Hacılı ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Regionxeberlericom.az bildirir ki, bir surəti də Qaynarinfo-ya daxil olan müraciətdə icitmai fəal saxlanma şəraitindən şikayətlənir:
"Artıq 1 il 4 aydır həbsdə saxlanılıram. Mənə qarşı irəli sürülən ittihamlar belədir: "istintaqa məlum olmayan şəxslərlə mütəşəkkil dəstə tərkibində birləşərək cinayət törətmiş”əm ... və s.
Ali Məhkəmənin Plenium qərarına əsasən, belə bir ittihama görə məhkəmə cəza təyin edə bilməz. Lakin məhkəmə prosesində sənədlərin tədqiqinin aparılmaması, vəsatətlərimin qəbul olunmaması, qəbul olunmuş vəsatətlərə "baxılmamış saxlanılsın” qərarı çıxarılması, həbsdə olduğum halda yenidən barəmdə həbs qətimkan tədbirinin seçilməsi barədə qanunsuz formada yeni qərarın çıxarılması kimi hallar işimə baxan Baki Ağır Cinayətlər Məhkəməsinin təyin olunmuş hakimi Azad Məcidovun ədalətli qərar çıxaracağına ciddi şübhələr yaratmışdı. Bu da özünü hökmdə göstərdi və 7 il 7 ay 14 gün gün müddətə azadlıqdan məhrum etmə cəzası verildi.
Bütün bunları əvvəldən gördüyüm üçün dövlət ittihamcısının qeyd etdiyim absurd ittihamla mənə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası istəməsinə etiraz olaraq quru ölüm aclığına başlamışdım. Saxlanıldığım təcridxananın rəisinə də ərizə ilə məlumat verərək 20 oktyabr 2022-ci ildən sudan və qidadan imtina etmişdim.
Çox təssüflər ki, üzərindən 7 gün keçməsinə baxmayaraq heç kim, hətta saxlanıldığım 1 saylı Baki İstintaq Təcridxanasının əməkdaşları belə məlumatlı olmalarına baxmayaraq heç bir tədbir görmür, həkim nəzarətinə yerləşdirmirdilər”.
Ramin Hacılının sözlərinə görə, Bakı İstintaq Təcridxanasında saxlanıldığı 4 ay ərzində ona qarşı bir çox qanunsuzluqlar edilib.
"Sizin şəxsiyyətinizə olan hörmətimə görə bu barədə geniş yazmaq istəmirəm. Köməyinizə ehtiyacım var. Əminəm ki, bir həmvətəninizin məhv olmasına imkan verməyəcəksiniz.
Sizdən mənə qarşı həm saxlanma yerimdə olan münasibətin yaxşılaşdırılması, həm də Apellyasiyta Məhkəməsində barəmdə ədalətli hökmün çıxarılması istiqamətində kömək etməyinizi xahiş edirəm”, deyə ictimai fəal müraciətdə qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-11-2022, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB