reklam
Regionxeberlericom.az » Hadisə » Yol kənarından meyit tapıldı

reklam

Yol kənarından meyit tapıldı


Şəmkirdə yol kənarından meyit tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kəndi yolunda qeydə alınıb:

"Burada naməlum kişi meyiti olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib. İlkin araşdırmalar nəticəsində meyitin 39 yaşlı Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub. Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".




Paylaş:


Müəllif : Tarix:
17-11-2022, 17:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər