Dilənçiləri bu şəhərdən qovdular
Şirvanda dilənçilər həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 12 nəfər şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə gətirilib. Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-i inzibati qaydada həbs olunub, 5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən 3 nəfər şəhər sakini də müəyyən edilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2022, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB