Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar Oğuzda bir gecədə bir neçə cinayət törədiblər
Oğuz rayonunun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor, mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa cəhd olunub. Naməlum şəxslər daha sonra kənd sakininə məxsus “Mercedes” markalı avtomobili qaçırıblar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və qısa zaman ərzində cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar-Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini həyata keçirdikdən sonra “Mercedes” markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən olunaraq istintaqa təhvil verilib. Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər. Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, hər üç şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2022, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB