reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda kişi arvadını restoranda yaxaladı – Qanlı cinayətin təfərrüatı

reklam

Bakıda kişi arvadını restoranda yaxaladı – Qanlı cinayətin təfərrüatı

















Bu il mayın 5-də Bakı şəhər Xətai rayonu Şıxlınski küçəsindəki binanın liftində Cəlilabad rayon Zəhmətabad kənd sakini, 1988-ci il təvəllüdlü Heydər Quliyevin (ad, soyadlar şərtidir) həyat yoldaşı Jasmin Quliyevaya dəmirlə ağır xəsarətlər yetirməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.

H.Quliyevin həyat yoldaşına qısqanclıq zəminində xəsarət yetirməsi üzə çıxıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin istintaqı zamanı məlum olub ki, Heydərlə Jasmin 2014-cü ildə ailə qurublar və birgə nikahdan 2 uşaqları olub. Onların münasibəti yaxşı olsa da, bir müddət sonra ailədə problemlər yaranıb. Nəticədə qadın uşaqlarını götürərək evdən gedib. O, yaşadığı yer barədə həyat yoldaşına məlumat verməyib, həmçinin uşaqları ilə görüşdürməyib.

Bundan sonra axtarışlara başlayan Heydər həyat yoldaşının Xətai rayonunda yerləşən “Yaşıl Bağ” restoranında işlədiyini öyrənərək oraya gəlib. Bu zaman restoranda insident baş verib və əməkdaşlar H.Quliyevi bayıra çıxarıblar. Qadın isə restoranın arxa qapısından çıxaraq uzaqlaşıb. Bundan sonra J.Quliyeva rəfiqəsi ilə birgə yaşadığı kirayə mənzildən köçmək və yaşayış yerini dəyişmək qərarına gəlib. Həmin ünvanı tapan Heydər oraya gələrək həyat yoldaşı ilə mübahisə edib və uşaqları ilə görüşdürməməsinin səbəbini soruşub.

H.Quliyev ifadəsində bildriib ki, həyat yoldaşı ona başqa şəxslə danışdığını deyib. Bundan qəzəblənən H.Quliyev əsəbi halda yerdən dəmir parçası götürərək Jasmini vurub. Ağır xəsarət alan qadın 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Məhkəmədə J.Quliyeva ərindən şikayətçi olmadığını, uşaqlarını tək böyütmək istəmədiyini, onu bağışladığını deyib və azadlığa buraxılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses oktyabrın 6-da başa çatıb və hökm oxunub. H.Quliyevə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.




Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 18:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər