reklam
Regionxeberlericom.az » Hadisə » Yasamalda son 3 gündə 12 narkotacir tutuldu - Video

reklam

Yasamalda son 3 gündə 12 narkotacir tutuldu - Video

















Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edilib ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub.





Paylaş:


Müəllif : Tarix:
4-10-2022, 14:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər