Daha 2 azərbaycanlı Ukraynada həlak oldu
Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub.
RegionXəbərləricom.az "Report"a istinadla xəbər verir ki, bu barədə Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyev bildirib. O qeyd edib ki, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər.
Digər həlak olan azərbaycanlı isə Poltova sakini olub. Poltava Azərbaycanlılar Radasının sədri Füzuli Qənbərov "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, yaxın qohumu, 1966-cı il təvəllüdlü Əsgərov Tofiq Məmməd oğlu Dnepropetrovsk vilayəti ərazisində mülki mühafizəçi işlədiyi əraziyə Rusiya ordusu tərəfindən raket zərbələri nəticəsində həlak olub. Onunla birlikdə daha 10 ukraynalı mülki sakin ölüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-08-2022, 22:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?