Kəlbəcərdə FACİƏLİ şəkildə ölən əsgər dəfn olundu
Kəlbəcərdə faciəvi şəkildə dünyasını dəyişən Azərbaycan Ordusunun əsgəri Xudatda dəfn olunub.
regionxeberlericom.az-un APA-ya istinadla məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Köhnə Xudat kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Əsgər Riyad Əliyarov iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-06-2022, 15:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib