İsmayıllıda avtoxuliqan həbs edilib - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində ictimai asayişi və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücünü saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Səbuhi Qəniyev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Yol polisi əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə birgə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə S.Qəniyev 20 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-04-2022, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.