reklam
Regionxeberlericom.az » Hadisə » Gədəbəydə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

reklam

Gədəbəydə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO



Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, rayon sakini Elşən Abbasov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədər hadisə yerindn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.







Paylaş:


Müəllif : Tarix:
21-08-2021, 10:05
Sikayət   


loading...
Загрузка...