reklam
Regionxeberlericom.az » Hadisə » Ukraynalı rejissor Kiyev yaxınlığında ölü tapıldı

reklam

Ukraynalı rejissor Kiyev yaxınlığında ölü tapıldı
















Ukraynalı sənədli film rejissoru və fotojurnalist Maks Levin Kiyev yaxınlığında ölü tapılıb.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak özünün Teleqram kanalında Levinin cəsədinin dünən Quta Mejigirska kəndi yaxınlığında tapıldığını bildirib.

Yermak qeyd edib ki, Levin martın 13-də Kiyevdəki münaqişə zonasında yoxa çıxıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram vasitəsilə təsdiqləyib ki, ukraynalı sənədli film rejissoru iki həftə əvvəl gərgin döyüşlərin getdiyi Vişqorod vilayətində yoxa çıxıb.

Levinin 10 ilə yaxın işlədiyi “LB.ua” media qurumu sənədli film rejissorunun “Rusiya təcavüzünün nəticələrini sənədləşdirmək üçün” martın 13-də əsgər və keçmiş fotoqraf Oleksiy Çernışo ilə Quta Mejigirskaya getdiyini bildirib.

Mətbuat ikilinin maşınlarını qoyub Moşçun kəndinə yollandığını və həmin gündən onlardan xəbər alınmadığını, Aleksey Çernışovun taleyinin isə hələlik naməlum olduğunu qeyd edib.

Ukraynanın Kütləvi İnformasiya İnstitutu qeyri-hökumət təşkilatı prokurorluğun istintaqla bağlı ilkin hesabatına istinad edərək, “silahsız” Levinin “rus qoşunlarına məxsus güllələrdən” öldürüldüyünü açıqlayıb.





Paylaş:


Müəllif : Tarix:
2-04-2022, 23:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər