BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
APA-nın FHN-nin saytına istinadla verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.
O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2022, 20:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib