Narkotacirdən silah-sursat götürülüb - VİDEO
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Balaxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Şöbəyə əvvəllər məhkum olunmuş Zaur Əfəndiyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı ümumilikdə 28 qram tiryək və heroin aşkar edilib. Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah gizlətdiyini etiraf edilb. Polislər həmin yerə baxış keçirən zamanı oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd “TT” maraklı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək götürüblər.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zaur Əfəndiyev barəsində məhkəmələrin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2022, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO