Kriminal avtoritetlər arasında pullu dayanacağa görə atışma - Ölən var - FOTO
Yekaterinburqda kriminal avtoritetlərin görüşü (“sxodka”) atışma ilə bitib.
Hadisə yanvarın 25-nə keçən gecə, “Kaspi” kafesinin yaxınlığında baş verib. Atışmanın təfərrüatını insidentin iştirakçılarından biri danışıb. Onun sözlərinə görə, gecə yarısı baş verən atışmanın iştirakçılarından biri kriminal avtoritet Marsel Həsənov olub. Görüşə gələnlərin Həsənovla bağlı çoxlu şikayətləri yaranıb. Onu döyməyə başlayıblar və Marsel adamlarını qoyaraq avtomobilinə atılıb və qaçıb. Onun maşını tapança və avtomatlardan atəşə tutulsa da, Həsənov qaçmağı bacarıb. Bildirilir ki, insident çeçenlər və dağıstanlılar arasında yaşanıb.
Mübahisə pullu dayanacaqla bağlı məsələ üstündə başlanıb.
Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix baş verənləri təsdiqləyib. O bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.
Qorelixin sözlərinə görə, münaqişə pullu dayanacaq üstündə deyil, tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlı yaranıb. Hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib.
Məlumata görə, Marsel Həsənov Çelyabinsk vilayətinə “baxmağa” təyin edilmiş, Yekaterinburqda maraqları olan məşhur çeçen “qanuni oğru” Əhməd Şalinskinin əlaqələndiricisi hesab olunur. İlk dəfə Marseli yayda döyməyə çalışsalar da, polisin müdaxiləsi ilə qurtula bilib.

Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2022, 21:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….