Salyan sakinindən 10 kiloqram narkotik götürülüb
Salyan rayon sakinindən 10 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Kərimbəyli kənd sakini Sadiq Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana keçirilən baxış zamanı evin dam hissəsindən təmiz çəkisi 10 kilo 85 qram olan 104 ədəd sellofan bükümdə qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı S.Rəhimov bir müddət öncə yaşadığı evin həyətyanı sahəsində 80 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyini, daha sonra isə onları qurudaraq satış məqsədi ilə sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2022, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.