Şirvanda polis əməliyyat keçirib - Həbs olunanlar var
Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rəşad Baxşıyev şəhər ərazisində yerləşən "Oazis" restoranının qarşısında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
R.Baxşiyev əvvəllər də cinayət əməli ilə məşğul olduğu üçün istintaqa cəlb olunub. Belə ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri zamanı isə Şirvan şəhər sakini İsmayıl Əmiraslanov saxlanılıb. Həmin şəxsdən də heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2021, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA