Əməkdar artistimiz 100 yaşında vəfat etdi - FOTO
Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Gülşən Ələkbəova məlumat verib. O bildirib ki, atası bu gecə ürək çatışmazlığından vəfat edib.
Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətçi 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra 1992-сi ilədək "Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib.
1941-1945-ci illərdə "Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə "Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.
Azərbaycan televiziyası və radiosunun "Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin "Bizimkilər” proqramına vermişdi.
Allah rəhmət eləsin!
Paylaş:
Müəllif : Fuad
Tarix:9-11-2021, 20:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA