Azərbaycanda iylənmiş ət satılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2021, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2021, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA