Şəhid anası koronavirusdan dünyasını dəyişdi -FOTO

Sumqayıtda şəhid anası koronavirusdan dünyasını dəyişib.
Xeberle.com-un məlumatına görə, bir müddət öncə koronavirusa yoluxan Vətən Müharibəsi şəhidi Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova aparılan müalicə tədbirlərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Ruslan İmanquliyev 1996-ci il 14 martda Sumqayıt şəhərində anadan olub. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub. Oranı "Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.
2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsindəki N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.
2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. 3 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2021, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-09-2021, 08:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA