3 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi - FOTOLAR

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə 3 nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini həyatını itirib, digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub.
Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib, hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb.
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2021, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-09-2021, 12:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA