Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı - FOTO

"Bu səhər görürəm "monex card"dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir. 194-də zəng vururam. Oğurluq faktını qeyd etməkdən imtina edir bu firma. Deyir məxfi sözü deyin. Unutmuşam, kartın bütün rəqəmlərini deyirəm. Yox biz sistemə girə bilmirık. Oğurluğu ört-basır etmək istəyirlər".
Bu fikirləri filologiya elmləri doktoru Rəhim Əliyev qeyd edib.
Şikayətçi R.Əliyev fikirlərinə daha sonra bunları əlavə edib:
"Mənim dollar hesabım yoxdur. Amma kartda göstərilir ki, 50-60 dəfə 1-4 dollar hesabı ilə pul siliblər. Bankın komissiyaları da göstərilir.Mən bu kartda kommunaldan başqa heç bir əməliyyat aparmamışam. Ona görə əminəm ki, oğrular masterkard firmasında və Muğanbankda oturub ya da əvvəllər oturub! 15 ilə yaxındır ki, Azərbaycanda ən kriminal yer banklardır. Müsəlmanlar, özünüzü bunlardan qoruyun! Üç il qabaq "hesab.az" firması öz proqramının formasında dəyişikliklər etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "hesab.az"-ın "Azərişıq", "Azərsu","Azəriqaz", Rabitə nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım. Səs çıxmadı.
Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur!"
Məlumat üçün bildirək ki, Rəhim Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. R.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2021, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2021, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA