Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb - Yenilənib

Sosial şəbəkələrdə 16 saylı poliklinikada peyvənd üçün müraciət edən vətəndaşlar tərəfindən çəkilmiş videogörüntülər yayılıb. İddia olunur ki, poliklinikada çalışan həkim tərəfindən vətəndaşlarla kobud davranılır.
Videonu çəkən şəxs iddia edir ki, tibb işçisi TƏBİB-i, elektron qaydada götürülmüş növbəni nəzərə almayaraq özü yerində növbə yazır: "Bu xanım peyvənd olunmaq üçün növbə götürən şəxslərə “Mən TƏBİB saymıram. Burada növbəni mən verirəm” deyir. Bu, özbaşnalıqdır".
“Qafqazinfo” səslənən ittihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, problem vətəndaşların poliklinikada növbəsiz vaksinasiya olunmaq istəmələri səbəbindən yaranıb:
“Nazim və Nadim adında iki nəfər 16 nömrəli Şəhər Poliklinikasına vaksinasiya üçün növbəsiz daxil olmaq istəyiblər. Qeydiyyat şöbəsində əyləşən xanım onlara növbələrini təqdim edib və növbədə gözləmələrini bildirib. Həmin vətəndaşlar qeydiyyatçı xanımı təhdid etməyə başlayıblar və “siz bilmirsiniz biz kimik, növbəsiz keçəcəyik” kimi ifadələr işlədərək kobud davranmağa başlayıblar. Hətta xanımı lağa qoyaraq gülüblər. Nəticədə mübahisə düşüb və hadisə yerinə polis əməkdaşları çağırılıb. Nizam-intizamı pozan vətəndaşlar polis əməkdaşlarının köməkliyi ilə poliklinikadan uzaqlaşdırılıblar.
Qeydiyyatçı xanım səhiyyə qurumlarına qarşı heç bir ifadə səsləndirməyib. Hadisə yerində olan İcra Hakimiyyəti nümayəndəsi də polis əməkdaşları ilə söhbət zamanı bunu təsdiqləyib".
***
Mübahisədə adı keçən Nazim Qasımzadə isə "Qafqazinfo"ya müraciət edərək bildirib bi, nazirliyin açıqlaması həqiqəti əks etdirmir. Belə ki, vətəndaş onlayn qaydada növbə götürdüyünü və yalnız öz saatı çatan zaman poliklinikaya yaxınlaşdığını qeyd edib. N. Qasımzadə eyni zamanda növbə ilə bağlı ona gələn SMS bildirişi də redaksiyamıza göndərib:
Paylaş:
Müəllif : Yazar
Tarix:18-08-2021, 16:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-08-2021, 16:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:34
Dünən, 08:26
Dünən, 08:25
Dünən, 08:20
31-08-2025, 14:13
31-08-2025, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib