Maşını oğurlayıb hissələrə ayırıb satanlar tutuldu - FOTO - VİDEO

Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar.
Bu barədə mətbuat xidmətindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar. Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyətində ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən oradan aşkar edilərək maddi sübüt kimi götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı fərdi yaşayış evlərindən qızıl-zinət və digər məişət əşyaları oğurlayan Şəhanə Nəbizadə saxlanılıb. Onun Hövsan və digər ərazilərdə evlərdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə ərazi polis orqanlarına məlumat verə bilərlər.

Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2021, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-08-2021, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA